Çəkisiz/çəkili indekslər

Unweighted/weighted indices Birja indeksləri iki üsulla – ya çəkili, ya da ki, çəkisiz üsulla hesablanır. Çəkisiz indekslər ədədi və ya həndəsi orta əsasında hesablanırlarsa, çəkili indekslərdə müəyyən qiymətli kağızların adətən öz bazar dəyərinə və ya başqa göstəriciyə görə hesablanmış çəkiləri nəzərə alınır.
Çevrilmiş gəlirlilik əyrisi
Çəkmək
OBASTAN VİKİ
Çəkisiz/çəkili indekslər
İndekslər
İndeks(ing. Index) – daha dolğun informasiyanın yerləşdiyi yeri göstərən açar sözlərin və ya onlarla əlaqəli verilənlərin siyahısı. Göstərici oxucuya kitabda lazım olan fraqmenti tapmağa yardım edir. O, kitabın bir hissəsi, yaxud çoxcildlik nəşrdə ayrıca cild ola bilər. Kitabda, adətən, aşağıdakı göstəricilər olur: • ad göstəricisi, • coğrafi göstərici, • müəlliflər göstəricisi (əgər məqalələr müəlliflərin adlarına görə düzülməyibsə), • sitatlar göstəricisi, • atalar sözləri və zərbi-məsəllər göstəricisi, • xronoloji göstərici, • əsərlər göstəricisi (çoxcildlik üçün). 2. Obyektin yerləşmə yerinin göstəricisi; məsələn: kataloqun indeksi faylın diskdə yerləşmə yerini göstərir, yazının indeksi açar sahələrin yerləşmə yerini müəyyənləşdirir. 3. Şəhadət barmağı açılmış yumruğun piktoqramı. 4.
Kapitalın orta çəkili dəyəri
Kapitalın orta çəkili dəyəri və ya maliyyəti (ing. weighted average cost of capital-WACC) — müəssisənin əldə etdiyi kapitalın qarşılığında səhmdarlara və kreditorlara ödənməsi gözlənilən orta xərclərdir.[1] Başqa sözlə müəssisənin maliyyələşmə mənbələrinə çəkiləcək orta xərcləri göstərir. == Hesablanması == Şirkətlər bir çox qaynaqlardan maliyyələşə bilirlər: adi və imtiyazlı səhmlər, birbaşa borclar, dövlət yardımları(məsələn subsidiya) vb. Kapitalın orta çəkili dəyəri də bu maliyyəşmə mənbələrinin kapitalın tərkibindəki nisbi çəkisini nəzərə alınaraq hesablanır. Düsturu isə aşağıdakı şəkildədir: k a = k e ∗ W e + ( 1 − V ) ∗ k d ∗ W d {\displaystyle k_{a}=k_{e}*W_{e}+(1-V)*k_{d}*W_{d}} ke — adi səhmin gəlirliliyi We — adi səhmin kapitalın tərkibindəki çəkisi V — vergi dərəcəsi kd — borcun dəyəri (xərci) Wd — borcun kapitalın tərkibindəki çəkisi Burada k e ∗ W e {\displaystyle k_{e}*W_{e}} nizamnamı kapitalının orta xərcini göstərir. == Məqsədi == KOÇD sayəsində müəssisə gəlirlərinin hansı hissəsinin səhmdarlara və kreditorlara ödənəcəyini müəyyən edəbilir. Bu əmsalın köməkliyi ilə müəssisə planlaşdırılan investisiya layihəsinin məqsədəuyğun olub-olmadığını müəyyənləşdirir. Yəni investisiyanın gəlirliliyi KOÇD əmsalından böyük olmalıdır ki, müəssisə investisiya layihəsini reallaşdırsın. == Həmçinin bax == Xalis cari dəyər Geri ödəmə müddəti metodu == Mənbə == PROJE ANALİZİ VE DEĞERLENDİRME. Anadolu universiteti.